23 Dekabr 2014 22:24
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk Milad çıxışında Roma Katolik Kilsəsinin rəhbərliyini sərt tənqid edib.

Papa Fransisk kilsə rəhbərliyində 15 "xəstəlik" olduğunu deyib.

Xəstəliklər arasında "özünü ölümsüz sanmaq", "zehni donuqluq", "ruhani Alzheimer", "boşboğazlıq terrorizmi"ni göstərən Papa kilsə rəhbərliyinin özünü düzəltməsi, camaat içində özünü təmiz və müdrik göstərməsinin lazım olduğunu bildirib.

Papa Fransisk "boşboğazlıq terrorizmi" olaraq dedi-qodunu və boş danışmağı tənqid edib: "Hadisələri açıqca danışmağa cəsarəti olmayan qorxaqlar arxadan hücum edirlər. Bunun soyuqqanlılıqla törədilmiş bir cinayətdən fərqi yoxdur".

Roma Papası hakimiyyətlərin acgözlülüyünü və sərt davranışı da kəskin tənqid etməklə yanaşı bunun bütün xristianlar üçün bir təhlükə olduğunu söyləyib./anspress/


Müəllif:

Oxşar xəbərlər