18 Yanvar 2023 16:19
1 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan bundan sonra Rusiya vətəndaşlarının ölkədə qeyri-müəyyən müddətə qalmasına icazə verməyəcək.

Teleqraf.com xəbər verir ki, əvvəllər bu dövlətin ərazisində qanuni qalma müddətini yeniləmək üçün ruslar üç ayda bir dəfə Qazaxıstan sərhədini keçmək və dərhal geri qayıtmaq hüququndan istifadə edirdilər.

Qazaxıstan hökuməti Rusiya və Avrasiya İqtisadi İttifaqının digər ölkələrinin vətəndaşlarını üç aylıq icazə veriləndən sonra ən azı 90 gün ölkəni tərk etməyə məcbur edəcək qanun qəbul edəcək.

Bu tədbiri təklif edən ölkənin daxili işlər nazirliyi bildirib ki, belə qərar dövlətə immiqrasiyaya nəzarəti gücləndirməyə imkan verəcək.

Qazaxıstan hakimiyyəti bildirib ki, qeyri-adi dərəcədə böyük əhali axını inflyasiyaya təkan verib və keçən il bu inflyasiya 1990-cı illərdən bəri ən yüksək göstərici olan 20%-i keçib.

Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri Aslan Atalıkov deyib ki, sentyabrın 21-dən 30-a kimi 400 min rusiyalı Qazaxıstana daxil olub: “Rusiyada 21 sentyabrda qismən səfərbərlik elan edilmişdi. Keçən il Qazaxıstan sərhədini əsasən gənclər olmaqla 3 milyon rus keçib”.


Müəllif: Nemət