19 Yanvar 2023 00:42
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdə Azərbaycan-Ermənistan arasında olan normallaşma prosesini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı görüşdən sonra mətbuata açıqlamasında bildirib.

“Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq”, - M. Çavuşoğlu vurğulayıb.

***

ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Entoni Blinken arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyəyə “F-16” qırıcılarının satışı daxil olmaqla ikitərəfli münasibətlər müzakirə olunacaq.


Müəllif: Teleqraf.com