19 Yanvar 2023 08:42
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb səfirin xarici işlər naziri Sergey Lavrovun ABŞ-nin Rusiyaya qarşı koalisiya yaratmaq üçün atdığı addımların Adolf Hitlerin hərəkətləri ilə müqayisə oluna biləcəyi və “rus məsələsinin” yekun həllinə yönəldiyini söylədiyinə görə çağırıb.

Kanadanın xarici işlər naziri Melani Joli qeyd edib ki, rus səfir Sergey Lavrovun antisemit şərhlərini təkrarladığı üçün XİN-ə çağırılıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında Qərbin Rusiyaya qarşı siyasətini Fransa imperatoru Napoleon I Bonapart və nasist Almaniyasının başçısı Adolf Hitlerin planları ilə müqayisə edib:

“Necə ki Napoleon az qala bütün Avropanı Rusiya İmperiyasına qarşı səfərbər etmişdi, necə ki, Hitler də Avropa ölkələrini səfərbər etmiş və ələ keçirmiş, onları silah altına almış və onları Sovet İttifaqına qarşısına atmışdı, indi də ABŞ, demək olar, bütün avropalılardan, NATO, həmçinin Aİ üzvlərindən ibarət bir koalisiya təşkil edib və Ukrayna vasitəsilə etibar üzərindən eyni tapşırıqla – “rus məsələsinin” yekun həlli üçün ölkəmizə qarşı müharibə aparırlar. Hitlerin “yəhudi məsələsinin” yekun çözümünü istədiyi kimi, indi də Qərb siyasətçilərini oxusanız ... birmənalı şəkildə deyirlər ki, Rusiya strateji məğlubiyyətə uğramalıdır”.


Müəllif: Teleqraf.com