Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanı məhşur aktyor Corc Kluninin xanımı təmsil edəcək.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə İşçi partiyasının lideri Doğu Perinçekin "Erməni soyqırımı beynəlxalq yalandır" sözlərinə görə başlayan qalmaqallı məhkəmə prosesi bitmək bilmir.
Sözügedən prosesdə bu dəfə Ermənistanı beynəlxalq nüfuza malik vəkil Amal Kluni təmsil edəcək.
Proses yanvarın 28-də baş tutacaq.
Qeyd edək ki, məsələ ilə bağlı 2008-ci ildə baş tutan ilk məhkəmə prosesində Perinçekin həmin sözlərinə görə təzminat ödəməsi barədə qərar çıxarılıb. 2013-cü ilin dekbarın 17-də baş tutan növbəti məhkəmə prosesində Perinçek qalib gəlib. Bundan sonra İsveçrə hökuməti kassasiya şikayəti verib.
Samir