24 Yanvar 2023 09:42
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna Pravda” Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanı təyin etməyi planlaşdırırlar.

Həmçinin Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinin rəhbərlərinin də istefa verəcəyi bildirilir.

Xalq deputatı Yaroslav Jeleznyak Kirill Timoşenkonun işdən çıxarılması ilə bağlı məlumatı təsdiqləyib. Onun sözlərinə görə, fevrala yaxın Nazirlər Kabineti ilə bağlı daha üç kadr qərarı olacaq.


Müəllif: Nemət