24 Yanvar 2023 09:47
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri ötən sutka ərzində işğalçıların cəmləşdiyi 3 ərazini və logistika anbarını vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.

Qərargah rus ordusuna qarşı yeni hücumlardan bəhs edib:

“Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8 zərbə endirib, həmçinin zenit-raket kompleksinin mövqeyi vurulub.

Bundan əlavə, ötən sutka ərzində Ukrayna hərbçiləri düşmənə məxsus iki Su-25 təyyarəsini, bir Ka-52 helikopterini, bir “Orlan-10” pilotsuz uçuş aparatını və iki X-59 idarə olunan hava raketini vurub".


Müəllif: Nemət