24 Yanvar 2023 09:54
4 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçlə birlikdə NATO-ya üzvlük üçün müraciət edən Finlandiyanın Ankaranın tələbi ilə daha bir nəfəri Türkiyəyə deportasiya etdiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın STT agentliyi məlumat yayıb.

Məlumata görə, Finlandiya Ədliyyə Nazirliyi Türkiyənin ekstradisiya tələbini 2022-ci ilin oktyabrında qəbul edib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs əvvəllər də Türkiyədə oğurluqda təqsirli bilinib.

Finlandiya 2019-2022-ci illər arasında 3 nəfəri Türkiyəyə ekstradisiya edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl demişdi ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləmək üçün bu iki ölkə 130 terrorçunu Türkiyəyə təhvil verməlidir.

Rəsmi Ankara 2012-ci ildən bəri Finlandiyadan 17 nəfərin deportasiyasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu