24 Yanvar 2023 10:31
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif terrora qarşı birgə mübarizə aparmaq üçün Əfqanıstan və İranla əlaqə saxladıqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir ölkəsinin İran və Əfqanıstanla dostluq əlaqələrindən məmnun olduğunu bildirib.

Asif terrorizmə qalib gəlmək və terrorçu qruplaşmaların bu üç ölkənin torpaqlarından bir-birinə qarşı istifadə etməsinin qarşısını almaq üçün İran və Əfqanıstanla əlaqə saxladıqlarını deyib.

Nazir məsələ ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Terror təşkilatları Əfqanıstan ərazisindən istifadə edərək Pakistana hücumlar həyata keçirib. İran ərazisindən də Pakistan hərbçilərinə qarşı hücumlar həyata keçirilir.

Pakistan ordusu yanvarın 18-də Bəlucistan əyalətində İran ərazisindən təhlükəsizlik qüvvələrinin konvoyunu hədəfə alan hücumda 4 hərbçinin həyatını itirdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu