24 Yanvar 11:09
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Vaqner” hərbi şirkətinin yüksək rütbəli üzvü olduğu bildirilən Andrey Medvedev Norveçdə “ölkəyə qeyri-qanuni daxil olmaq” əsası ilə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis Medvedevi İmmiqrasiya Qanununa əsasən saxlanıldığını elan edib.

Yerli media bildirir ki, Medvedevin saxlanması cəza deyil, təhlükəsizlik tədbiri ilə əlaqədardır. Vəkili Brynjulf ​​Risnes bildirib ki, onun müvəkkili cinayət törətməkdə şübhəli bilinmir.

Həyatı üçün narahat olduğu bildirilən Medvedevin bu ayın əvvəlində Rusiya ilə 200 kilometrlik sərhədi qanunsuz keçərək Norveçə daxil olduğu təxmin edilir. Norveç İmmiqrasiya Xidməti (UDI) Medvedevin yanvarın 16-da sığınacaq üçün müraciət etdiyini təsdiqləyib.

Onunla bağlı məlumat Norveç hakimiyyət orqanlarına təqdim edildikdən sonra Medvedev Osloya göndərilib.

Rusiyalı oliqarx Yevgeni Priqojinə məxsus “Vaqner" qrupunun bir çox ölkədə, əsasən də Afrika qitəsində fəaliyyət göstərdiyi bilindiyi halda, şirkət ötən ay Serbiyada “dostluq və əməkdaşlıq mərkəzi” yaratdığını açıqlayıb.


Müəllif: Nemət