24 Yanvar 2023 12:44
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun genişlənmək istəyi, eləcə də Ukraynadan hibrid müharibə üçün istifadə Rusiyanın hərbi təhlükəsizliyinə təhdiddir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

O xatırladıb ki, silahlı qüvvələrin qurulması və inkişafı planında dövlətin müdafiəsini təmin etmək üçün onun inkişafının perspektiv istiqamətlərinin həyata keçirilməsi üçün əməli tədbirlər nəzərdə tutulub.

“Plan Rusiya prezidenti tərəfindən təsdiq edilib və Rusiyanın hərbi təhlükəsizliyinə qarşı dəyişikliklər və yeni təhdidlərin meydana çıxması halında düzəliş edilə bilər. Bu gün belə təhdidlər Şimali Atlantika Alyansının Finlandiya və İsveç hesabına genişlənmək istəkləri, eləcə də Ukraynadan ölkəmizə qarşı hibrid müharibə aparmaq üçün alət kimi istifadə edilməsidir”, - Gerasimov bildirib.

Baş Qərargah rəisinin sözlərinə görə, bu təhlükələri zərərsizləşdirmək üçün ölkənin ali rəhbərliyi Rusiya Silahlı Qüvvələrinin qurulması və inkişafı planına düzəlişlər etmək vəzifəsini qoyub: “Bunun parametrləri Müdafiə Nazirliyinin geniş kollegiya iclasında Ali Baş Komandan tərəfindən təsdiq edilib”.

İsveç və Finlandiyanın NATO-ya daxil olması Türkiyənin hələlik bu iki ölkənin üzvlük müraciətini təsdiq etməməsi səbəbindən gecikir.


Müəllif: Mənsur Rəğbətoğlu