24 Yanvar 2023 13:42
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pegida” Hərəkatının lideri Quranı cırdığı üçün Hollandiyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, XİN-in açıqlamasında Hollandiyanın Haaqa şəhərində İslam əleyhdarı bir şəxsin Quranı hədəf almasını qınadıqları bildirilib.

Açıqlamada vurğulanıb ki, İsveçdən sonra bu dəfə Hollandiyada baş verən, müqəddəs dəyərləri təhqir edən və nifrət cinayətlərini ehtiva edən bu alçaq hərəkət Avropada İslamofobiya, ayrı-seçkilik və ksenofobiyanın artıq sərhəd tanımadığını açıq şəkildə göstərir:

“Bu hərəkətlər bilavasitə təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin əsas hüquq və azadlıqlarını, mənəvi dəyərlərini və tolerantlığını hədəf alır, bu, həm də sülh şəraitində birlikdə yaşamaq mədəniyyətinə xələl gətirir.

Hollandiyanın Ankaradakı səfiri nazirliyimizə çağırılaraq bu mənfur və alçaq hərəkəti pislədiyimizi və etiraz etdiyimizi sərt ifadələrlə bildirmiş, Hollandiyanın bu cür təxribat xarakterli hərəkətlərə yol verməməsini tələb etmişik. Hollandiya hakimiyyət orqanlarından hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməsini və belə hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər həyata keçirməsini gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu