24 Yanvar 2023 17:38
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə NATO-dan çıxarılsa, İsrail və Yunan Kipri alyansa daxil ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə hərbi dəniz donanmasının təqaüdçü admiralı Cihad Yaycı deyib.

“Hazırda Türkiyəyə birbaşa müdaxilə edə bilmirlər. Amma Türkiyə NATO-dan çıxarılan kimi, Cənubi Kipri ​​və İsraili ittifaqa qəbul edəcəklər. Unutmayaq ki, Türkiyənin vetosuna görə Cənubi Kipr və İsrail NATO-ya üzv ola bilmədi. Yunan Kipri “Kiprin yeganə təmsilçisi” simasında Avropa Birliyinə qəbul edildiyi kimi, bu hərbi alyansa da daxil olur, təbii ki, bunun davamı olaraq Türkiyə də çıxarılır”, - admiral bildirib.

Yaycı Yunanıstanın da bu ehtimal olunan durumla bağlı hesablamalarının olduğunu söyləyib:

“Bundan sonra Yunanıstan öz ərazi sularını artırır. Türkiyə buna müdaxilə etmək istəsə, “hərəkəti qeyri-legitimdir, Yunanıstan qanuni hüququndan istifadə edir, NATO-nun müttəfiqlik həmrəyliyi şərtinə ziddir” deyiləcək və Türkiyəni NATO-dan çıxaracaqlar. Yunan Kiprini aldıqdan sonra Türkiyə “NATO üzvünün ərazisini işğal etmiş dövlət” vəziyyətinə gətirilir və bizə qarşı 5-ci maddə tətbiq olunur. Yəni Türkiyəyə deyirlər ki, ya sən özün çıxırsan, ya da səni zorla çıxararıq”.

Admiral NATO-dan çıxarılmasından sonra baş verə biləcək təhlükəli gəlişmələrin Türkiyənin sərhədlərinin dəyişdirilməsinə qədər gedə biləcəyini iddia edib:

“Türkiyənin PKK/YPG-yə qarşı əməliyyatları NATO-nun müttəfiqlərinə qarşı əməliyyat kimi qiymətləndirilir. Əfqanıstanda, Serbiyada nə ediblərsə, eynisi burada təkrarlanır və belə deyirlər: “Türkiyə istədiyimiz düzənə çatana qədər NATO-dan uzaqlaşdırılmalıdır. Türkiyəni istədiyimiz düzənə saldıqdan sonra geri götürək”.

Bunun ehtiva etdiyi mesaj isə belədir: “Cənub-şərqində “Kürdüstan”, şimalında “Pontus”, İstanbulda “patriarxal dövlət” kimi şeylər yaratdıqdan, şərqindən Ermənistana bir parça torpaq verdikdən sonra Türkiyəni yenidən kiçilmiş formada NATO-ya qəbul edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu