24 Yanvar 2023 16:11
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq Almaniyanın “Die Welt” nəşrinə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, İsveç hökumətinin Quranın yandırılmasını açıq şəkildə pislədiyini bildirən Stoltenberq bunun bu ölkənin NATO üzvlüyünə mane olmamalı olduğunu deyib.

NATO rəhbəri Türkiyə və Macarıstandan İsveç və Finlandiyanın üzvlük müraciətinin təsdiqedilmə prosesini sürətləndirməsini xahiş edib.

Stoltenberq İsveç və NATO ölkələrində “ifadə azadlığı”nın bir dəyər olduğunu iddia edib: “Ona görə də belə yersiz hərəkətlər avtomatik olaraq qanunsuz sayılmır”.

NATO baş katibi hər üç ölkə ilə təmasda olduğunu söyləyib: “Finlandiya və İsveçlə, eləcə də müttəfiqimiz Türkiyə ilə sıx təmasdayam. İsveç və Finlandiyanın NATO üzvlüyü prosesi son nöqtədə pozulmamalıdır”.

Stoltenberq son həftələrdə İsveçdə Türkiyə əleyhinə atılan addımlara tamamilə qarşı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu