24 Yanvar 2023 17:55
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran tezliklə Avropa İttifaqı (Aİ) və Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

Sözçü qeyd edib ki, Aİ və Britaniyanın hərəkətləri onların İrandakı reallığı düzgün dərk etməkdə çətinlik çəkdiklərinə və ölkənin hakimiyyəti haqda yanlış təsəvvürlərinə dəlalət edir.

Kənani əlavə edib ki, İran insan haqlarını pozanlara qarşı yeni sanksiyaların siyahısını açıqlayacaq.

Aİ İrana qarşı 18 fiziki şəxs və 19 təşkilatın daxil olduğu yeni sanksiyalar paketini təqdim edib. Bura dini lideri Əli Xameneyi və Prezident İbrahim Rəisi də daxildir. Eyni zamanda, Aİ “İslam İnqilabı Keşikçiləri Korpusu”nu terror təşkilatı kimi tanıyıb.

Aİ ilə yanaşı, Britaniya da İran rəsmilərinə sanksiya tətbiq edib.


Müəllif: Mənsur Rəğbətoğlu