24 Yanvar 2023 22:42
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Kiyevin Minskə Ukraynaya təcavüz etməmək haqqında pakt bağlamağı təklif etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Belarus lideri təklifin konkret kimdən gəldiyini açıqlamayıb.

“Ukraynalıların niyə belə etdiklərini bilmirəm. Bir tərəfdən də bizdən xahiş edirlər ki, heç bir halda Ukrayna ilə döyüşməyək, qoşunlarımız ora girməsin, təcavüz etməmək barədə pakt imzalayaq, digər tərəfdən də bu səs-küylü qarışıqlığı hazırlayırlar, silahlandırırlar. Polşa və Litva tamamilə ağlını itirib. Onlara nəyə lazımdır? Bəlli deyil”, - Lukaşenko söyləyib.

Ukrayna tərəfi hələlik bu məlumatı şərh etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu