24 Yanvar 2023 19:13
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya polisi Foggia şəhərindəki psixiatriya klinikasında əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Foggia Respublika Prokurorluğunun başlatdığı istintaqda 40-60 yaş arası fiziki və əqli qüsuru olan 25 xəstənin cinsi istismara, zorakılığa, həbsə və pis rəftara məruz qaldığı iddia edilib.

Bəzi klinika işçilərinin çarpayıya bağlanan xəstələri yumruqla vurması, saçlarından dartması, cinsi təzyiq göstərməsi ilə bağlı iddialar mətbuatda yer alıb.

Xəbərdə istintaq çərçivəsində dindirilən 30 nəfərdən 7-nin həbsxanaya göndərildiyi, 8-nin ev dustaqlığına buraxıldığı, digər 15 nəfərin isə klinikada işləməsinə qadağa qoyulduğu qeyd edilib.

Bundan əlavə, həmin şəxslərin evlərində və səhiyyə müəssisəsinin kabinetlərində axtarışların aparıldığı bildirilib.


Müəllif: Nemət