24 Yanvar 2023 23:44
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml Ukrayna ilə müharibənin genişlənməsini ciddi şəkildə nəzərdən keçirir və bu, Bankova, Ali Rada və Silahlı Qüvvələrin baş qərargahına raket hücumu formasında ola bilər. Eyni zamanda, Rusiya rəhbəri Vladimir Putin başa düşür ki, Moskvanın belə bir addımı Ukraynanın cavab zərbələri ilə nəticələnə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Mark Feyqin deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın cavab zərbələrinə qarşı Moskvada binalarının damlarında “Pantsir-S1” komplekslərini quraşdırır.

“Mən özüm də inanmağa daha çox meylli olduğum belə bir versiya eşitmişəm. Bu, həqiqətən də yeni mərhələdir: Gerasimovla yeni plan – yeni hücum. O, yeni hədəflərə zərbələri nəzərdə tutur, bu dəfə kritik infrastruktura deyil, qərar qəbuletmə mərkəzlərinə. Şərti desək, Bankovaya, Silahlı Qüvvələrin Baş Qərargahına və Ali Radaya raket zərbələri”, - Feyqin bildirib.

Eyni zamanda, ekspertin iddiasına görə, Putin belə bir eskalasiyanın necə nəticələnəcəyini anlayır:

“Tamamilə aydındır ki, əgər raket Bankovaya dəyəcəksə, deməli, cavabı da olacaq. Məsələn, bundan sonra Novoqirevonu (Moskvanın Şərq İnzibati Dairəsi - red.) və Kremli, Frunzenskaya sahilindəki Baş Qərargahı, Novo Arbatdakı Müdafiə Nazirliyinin binasını, FSB-ni, Lubyankanı vuracaqlar”.

Ekspert Ukraynanın pilotsuz təyyarələrinin Moskvanın müəyyən binalarına ziyan vura və dağıda biləcəyini və bunun Kremlə zərbə olacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu