24 Yanvar 2023 20:25
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm üzrə danışıqlar qeyri-müəyyən müddətə ləğv edilib.

Teleqraf.com xəbər verir ki, Ankara İsveçdə Türkiyənin qırmızı xətlərini pozan təxribatlara yol verilməsinə reaksiya verib.

Məlumatda qeyd edilir ki, İsveç terror təşkilatlarının təxribatlarına icazə verib, hətta Quranın təhqir olunmasına dözüb. Bu hadisələrdən sonra Türkiyənin İsveçə reaksiyası NATO-ya üzv olmaq üçün mübarizə apardığı Finlandiyada böyük əks-səda doğurub.

Beləliklıə Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm görüşü qeyri-müəyyən müddətə ləğv edilib.


Müəllif: Teleqraf.com