25 Yanvar 2023 10:08
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç xarici işlər naziri Tobias Billström Avropa Parlamentində qatıldığı iclasdan sonra Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Teleqraf.com xəbər verir ki, nazir türk jurnalistin Quranın yandırılmasına icazə verən praktika ilə bağlı sualını eşitsə də, cavabsız qoyaraq oradan uzaqlaşıb.

Finlandiya ilə NATO-ya üzvlük prosesi haqqında isə bunu deyib:

“Türkiyənin son açıqlamalarının nə olduğunu anlamaq üçün Finlandiya ilə təmasdayıq. İsveç, Türkiyə və Finlandiya arasında NATO anlaşmasına riayət və hörmət etməyə davam edirik. Bunu indiyə qədər etmişik və bundan sonra da edəcəyik. Finlandiyalı həmkarım açıq şəkildə dedi ki, ölkəsi İsveçlə birlikdə NATO-ya daxil olacaq.

Hazırda danışıqlar gərgin məcrada davam edir. Finlandiya ilə birlikdə bu məsələni yenidən nəzərdən keçirəcəyik və üçtərəfli anlaşmanın davam etdirilməsinin lehinə təşəbbüslər göstərəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu