25 Yanvar 2023 11:44
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibənin qızğın vaxtında Ukrayna ordusunda yaranan korrupsiya qalmaqalı müdafiə nazirinin müavininin istefası ilə nəticələnib.

Teleqraf.com xatırladır ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski dövlət məmurlarının ölkədən çıxışını dayandırıb.

Bununla bağlı Zelenski fərman imzalayıb.

Ukrayna silahlı qüvvələrindəki korrupsiya qalmaqalı 2023-cü ildə ordu üçün bağlanmış müddəa müqavilələrində iki, hətta üç dəfə daha baha alış-veriş edəcəyi ortaya çıxanda alovlanıb. Qalmaqalın mətbuatda əks olunması ilə bağlı açıqlama verən Ukrayna Müdafiə Nazirliyi qiymətlərin inflyasiya nəzərə alınaraq hazırlandığını qeyd edib.

Lakin maliyyə yoxlaması başlayanda müdafiə nazirinin satınalmalar üzrə müavini Vyaçeslav Şapovalov istefa ərizəsi verib. Bundan sonra Zelenski bütün seçilmiş və təyin olunmuş dövlət məmurlarına icazəsiz xaricə getməyi qadağan edib.


Müəllif: Nemət