25 Yanvar 11:41
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəziləri İsveçin NATO-ya üzvlüyünün nə qədər ciddi olduğunu başa düşmür, təxribatçılar ölkəmizin üzvlüyünə mane olmağa çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson deyib.

Baş nazir İsveçin İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükəsizlik problemi ilə üzləşdiyini söyləyib:

“Bəziləri İsveçin NATO-ya qoşulmasının nə qədər ciddi olduğunu başa düşmürlər. Təxribatçılar İsveçin üzvlüyünə mane olmağa çalışırlar. Türkiyə ilə yenidən işgüzar dialoqa qayıtmaq istəyirik. Türkiyə qərarını özü verir, buna hörmət etməliyik, bu prosesi sakitləşdirmək istəyirik”.

Kristersson Finlandiyanın İsveçlə birlikdə NATO-ya üzv olmaq istədiyinə diqqət çəkib:

“Finlandiya hələ də İsveçlə birlikdə NATO-ya daxil olmaq istəyir. Əgər İsveçin NATO-ya daxil olmasının qarşısı alınarsa, bu, Finlandiyanın təkbaşına alyansa daxil olmasına mane olmayacaq”.

Kristersson Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçlə bağlı son açıqlamalarına da toxunub: “Ərdoğanın açıqlamasına münasibət bildirməyəcəm. Bunu heç kimin “Ərdoğan qapını bağladı” kimi şərh etdiyini düşünmürəm”.

Baş nazir İsveçin NATO-ya üzvlüklə bağlı açıq danışmaq istədiyini vurğulayıb:

“İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı 28 ölkə fərdi qərarlar verdi, Türkiyə də öz qərarını verir. İsveç Finlandiya və Türkiyə ilə razılaşmaya əməl etmək üçün işlək dialoq istəyir və bu qəribə deyil. Əks halda, bunun İsveçin təhlükəsizliyi üçün nəticələri olacaq”.

Prezident Ərdoğan Quranın yandırıldığı İsveçin bundan sonra NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəməməli olduğunu demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu