25 Yanvar 2023 12:40
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda qırıcılar havaya qaldırılıb və dərhal Ukrayna üzrə hava xəbərdarlığı elan olunub.

Teleqraf.com xəbər verir ki, “Belaruska Qayun” monitorinq qrupunun məlumatına görə, A-50U uzaqmənzilli radar aşkarlayan və idarə edən təyyarə səmaya qaldırılıb.

Ehtimala görə, onun köməyi ilə rus ordusu hücumlar üçün hədəfləri müəyyənləşdirirlər.

Bundan sonra hipersəs raketlərinin potensial daşıyıcısı olan Miq-31K havaya qalxıb. Daha sonra səmaya daha bir MiQ-31K, eləcə də qırıcılar qaldırıb.


Müəllif: Nemət