25 Yanvar 2023 21:55
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Antarktika üzrə araşdırma mərkəzi 150 metr qalınlığında olan Brunt Buz Şelfindən 1550 kvadrat kilometrlik bir aysberqin qopduğunu açıqlayıb. Aysberqin London ölçüsündə olduğu vurğulanıb.

Teleqraf.com xəbər verir ki, Britaniya Antarktika Tədqiqatları Mərkəzi (BAS) 1550 kvadrat kilometrlik aysberqin Antarktika sahillərində 150 ​​metr qalınlığında olan Brunt Buz Şelfindən qopduğunu və bölgədə son iki ildə ikinci qırılma olduğunu vurğulayıb.

Aysberqin qırılmasını gözlədiklərini və bunun iqlim dəyişikliyinin nəticəsi olmadığını qeyd edilib. Qırılan aysberqin London və onun bölgələri ölçüsündə olduğu bildirilir.

BAS direktoru professor Dame Jane Frankis deyib: “Bizim ekspertlər və əməliyyat qrupları bu hadisəni gözləyirdilər. Buz təbəqəsinin ölçülməsi stansiyanı əhatə edən yüksək dəqiqlikli GPS alətlərinin avtomatlaşdırılmış şəbəkəsindən istifadə etməklə gündə bir neçə dəfə həyata keçirilir. Bunlar buz təbəqəsinin necə deformasiyaya uğradığını və hərəkət etdiyini ölçür və ESA, NASA və alman TerraSAR-X peyk şəkilləri ilə müqayisə edir.

Bütün məlumatlar təhlil üçün Kembricə göndərilir ki, biz hətta Antarktidada qışda da nə baş verdiyini bilirik".


Müəllif: Nemət