26 Yanvar 2023 01:12
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Baykar” şirkəti Ukraynaya iki ədəd “Bayraktar TB2” pilotsuz təyyarəsi bağışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Rusiya səfiri Bolqarıstan XİN-ə çağırılıb
Şolts Almaniyanın yeni müdafiə naziri ilə bağlı paylaşım edib - YENİLƏNİB
İtaliya Ukraynada sülh prosesinin təminatçısı olmağa hazırdır

“Bu gün biz Ukraynanın böyük dostları və tərəfdaşlarından – “Baykar” şirkətindən daha 2 “Bayraktar TB2” pilotsuz təyyarəsi aldıq. “Baykar” onları Silahlı Qüvvələrə və Ukrayna xalqına kömək üçün təmənnasız bağışladı. Biz “Baykar”a dövlətimiz üçün ən çətin anlarda göstərdiyi güzəştsiz və davamlı dəstəyə görə sonsuz minnətdarıq”, - deyə Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib.


Müəllif: Teleqraf.com