Oxşar xəbərlər
Rusiya ordusu Azov dənizinin şərq sahillərindən PUA-larla Ukrayna ordusuna zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, Ukrayna səmasında Rusiyanın 24 ədəd “Şahed-136/1312 kamikadze dronu məhv edilib.
Ruslar İran istehsalı olan “Şahed-136/131” kamikadze dronlarından istifadə etməklə Ukraynaya hücuma keçiblər.
Hücum PUA-ları Azov dənizinin şərq sahillərindən buraxılıb. İlkin məlumatlara görə, 24 dron vurulub.
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, dronların hamısı zenit-raket bölmələri, döyüş təyyarələri, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları tərəfindən məhv edilib.