Oxşar xəbərlər
“Ukrayna Silahlı Qüvvələri əks-hücuma hazırlaşır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri öz ərazilərinin təhlükəsizliyini təmin etməyə çalışır və əlavə əks hücuma hazırlaşırlar. Öz ərazilərini azad etmək üçün çox qısa müddət ərzində inkişaf etdirilən rus taktikasına və döyüş meydanı strategiyasına müqavimət göstərə bilməlidirlər”, - ABŞ lideri bildirib.
Baydenin fikrincə, Ukraynaya Rusiyaya uzunmüddətli perspektivdə müqavimət göstərmək üçün güclü potensial lazımdır.
ABŞ prezidenti çıxışında Vaşinqtonun Kiyevə 31 “M1 Abrams” tankı göndərmək qərarına gəldiyini təsdiqləyib.