Oxşar xəbərlər
Almaniya Xarici Kəşfiyyat İdarəsinin (BND) əməkdaşı Karsten L. və Artur E. həbs edilib.
Teleqraf.com xəbər verir ki, Almaniya Federal Prokurorluğundan verilən yazılı açıqlamada, 2022-ci ilin dekabrında həbs edilən Karsten L-nin ortağı olduğu bildirilən Artur E, Münhen hava limanında “vətənə xəyanət” şübhəsi ilə saxlanılıb.
BND əməkdaşı olmayan Artur E-nin Karten L-dən aldığı məlumatları Rusiya kəşfiyyatına ötürdüyü bildirilib.
Federal Prokurorluq istintaqın BND və ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilə sıx əməkdaşlıq şəraitində aparıldığını deyib.