Oxşar xəbərlər
Misirdəki Əl-Əzhər İnstitutu müsəlmanlara çağırış edərək Hollandiya və İsveç məhsullarını boykot etməyə dəvət edib.
Teleqraf.com xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson Misir institutunun boykot çağırışını narahatlıqla qarşılayıb.
İsveç baş naziri Kristersson bu çağırışın ciddi risklər daşıdığını bildirib və İsveçin müsəlman ölkələri ilə əlaqələrinin pisləşə, münasibətlərin pozula biləcəyini deyib.
Baş nazir əlavə edib ki, boykot çağırışı İsveç şirkətləri üçün böyük risklər daşıyır. Bundan əlavə, bu, İsveçin dünyanın müxtəlif yerlərindəki bir çox müsəlman ölkəsi ilə əlaqələrinə mənfi təsir göstərə bilər.