26 Yanvar 17:42
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke vilayətindəki baza və hərbi məntəqələrə 70-ə yaxın avtomobildən ibarət hərbi, logistik gücləndirmə üçün karvan göndərib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın əlavə qüvvələri İraq və Suriya arasındakı əl-Valid sərhəd-keçid məntəqəsi vasitəsilə Hasekeyə daxil olub.

Haseke çölündə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi Şeddadi qəsəbəsindəki ABŞ qüvvələrinin baza və hərbi məntəqələrinə çatan avtomobil karvanını hava helikopterləri müşayiət edib. Karvanda 3 zirehli texnika, 8 mazut tankeri, 2 minaaxtaran maşın, sursat və beton qəliblərlə dolu yük maşınları olub.

ABŞ ordusu yanvarın 6, 8 və 22-də terror təşkilatı PKK/YPG-nin Haseke çölündə işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərib.

PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Haseke, Rakka və Deyr əz-Zor əyalətlərində baza və hərbi məntəqələrdə mövcuddur.


Müəllif: Nemət