27 Yanvar 2023 09:45
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Pakistanın Fransa istehsalı “Agosta 90B Class” sualtı gəmilərinin modernləşdirilməsi tenderini qazanması Yunanıstanda böyük əks-səda yaradıb.

Teleqraf.com xəbər verir ki, yunan mətbuatı məsələni “Türkiyə fransız sualtı qayıqları ilə təhlükəli oyun oynayır” başlığı ilə gündəmə gətirib.

Pakistanın Fransa istehsalı sualtı gəmilərinin Fransa yox, Türkiyənin modernləşdirdiyinə diqqət çəkilib.

İki ölkə arasında bağlanan müqavilə çərçivəsində ilk sualtı gəminin 2021-ci ilin aprelində təhvil verildiyi, ikincisinin 2022-ci ilin dekabrında istifadəyə verildiyi, üçüncü üçün isə işlərin davam etdiyi bildirilib.

Xəbərdə Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkətinin baş direktoru Özgür Güləryüzün açıqlaması da yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu