27 Yanvar 2023 16:52
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə 60 faizə qədər səslə növbəti müddətə seçiləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Aydəmir deyib.

“Görəcəksiniz, hörməti prezidentimiz Allahın izni və millətimizin lütfü ilə 60 faizə qədər səslə bir müddət daha prezidentimiz olacaq. Bunu gördükləri üçün o qorxu və təşvişlə milli iradəyə təhqir sayıla biləcək absurd və axmaq ifadələrlə (müxalifət – red.) millətin qarşısına çıxırlar. Hesab qutularda veriləcək”, - deputat bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu