Oxşar xəbərlər
Danimarkada qadınlara hərbi xidmətin məcburi olması təklif edilib.
Teleqraf.com xəbər verir ki, ölkənin müdafiə naziri Yakob Ellemann-Yensen ordunun potensialını artırmaq naminə qadınlar üçün hərbi xidmətin məcburi edilməsi planını açıqlayıb.
Ellemann-Yensen qadınların silahlı qüvvələrə cəlb edilməsinin NATO tələblərinin yerinə yetirilməsinə kömək edəcəyini, qadınların ordu üçün faydalı olacağını bildirib.
Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilər. Kişilər isə püşk sistemi ilə hərbi xidmətə çağırılırlar.
Kişilər qanuni olaraq maksimum 4 ay xidmət edə bilərlər.