27 Yanvar 2023 17:32
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynaya istənilən silah tədarükü hərbi qarşıdurmada birbaşa iştirak deməkdir, biz buna icazə verə bilmərik”.

Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisin bəyanatına cavab olaraq deyib.

Partiya sədri Ukrayna hökumətinin nümayəndələrinin Gürcüstanla bağlı müraciətlərinə təəssüfləndiyini bildirib:

“İkinci cəbhə açmaq (Rusiyaya qarşı) çağırışları səngimir. Bəzən birbaşa, bəzən də dolayı yolla edirlər. Təbii ki, Ukraynaya istənilən silah tədarükü hərbi qarşıdurmada birbaşa iştirak deməkdir ki, buna icazə verə bilmərik. Təəssüf ki, Ukrayna hakimiyyətinin nümayəndələri bu cür çağırışları açıq şəkildə edirlər. Əlbəttə, bu ciddi problemdir”.

Bundan əvvəl Ukrayna xarici işlər nazirinin müavini Gürcüstanın ölkəsini silah və hərbi texnika ilə təmin edən tərəfdaşlar siyahısını tamamlayacağına ümid etdiyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu