Oxşar xəbərlər
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Ukrayna məsələsində ciddi danışıqlar və Rusiya qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılması şərti ilə Moskvaya qarşı sanksiyaları yumşaltmağa hazır olduqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Nuland həmçinin ABŞ-ın yaza qədər Ukraynanı “Abrams” tankları ilə təmin edə bilməyəcəyini deyib.
Bundan əvvəl Vladimir Putinin artıq onun üçün heç kim olduğunu vurğulayan Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı ilə danışmayacağını bildirib.
Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov da analoji açıqlama verib. O bildirib ki, Zelenski uzun müddətdir Putinin söhbət edə biləcəyi şəxs deyil.