Oxşar xəbərlər
Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifəsindən azad edilib.
Teleqraf.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, onu İran polis rəisi Əhməd Rza Radan vəzifəsindən azad edib.
Bildirilib ki, Abbas Əli Məhəmmədian Tehranın yeni polis rəisi təyin olunub. S.H.Rəhimi isə İqtisadi Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.