28 Yanvar 08:29
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Qüdsdə Neve Yaakov rayonunda sinaqoq yaxınlığında terror aktı Şuafat rayonunun sakini tərəfindən törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti xəbər verib.

Məlumata əsasən, terrorçu “Əl-Əqsa Şəhidləri Briqadası” radikal qruplaşmasının fəal üzvü olub.

Qeyd edək ki, "The Jerusalem Post" nəşri xəbər verib ki, Şərqi Qüdsdə Neve Yaakov rayonunda baş verən atışma nəticəsində azı 7 nəfər həlak olub,

Daha on nəfərin yaralandığı bildirilib.

Məlumata əsasən, söhbət, ilkin məlumata görə, sinaqoqun yaxınlığında və ya orada baş verən terror aktından gedir. Polis atəş açan şəxsin güllələnərək öldürüldüyünü bildirib


Müəllif: Teleqraf.com