28 Yanvar 2023 12:47
3 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ Prezidenti Co Baydenin Ukraynaya 31 ədəd “M1 Abrams” tankı göndərəcəkləri barədə açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Kim Bayden administrasiyasının Ukraynaya tank göndərmə qərarı ilə “qırmızı xətt”i keçdiyini deyib.

“Qərarın arxasında ABŞ-ın Rusiyanı məhv etmək üçün proksi müharibəsini daha da genişləndirməklə öz hegemon məqsədinə çatmaq kimi pis niyyəti dayanır”, - Kim Yo Conq bildirib.

O, Şimali Koreyanın həmişə Rusiya ilə eyni səngərdə olacağını da vurğulayıb:

“Şübhə etmirəm ki, ABŞ və Qərbin fəxr etdiyi hərbi texnikalar qəhrəman rus ordusunun və xalqının dönməz döyüş ruhu və gücü ilə darmadağın ediləcək”.

ABŞ Şimali Koreyanı Ukraynadakı hücumuna dəstək olaraq Rusiyaya xeyli sayda artilleriya mərmisi və müxtəlif sursat göndərməkdə ittiham edib. Şimali Koreya bu iddiaları təkzib edib.


Müəllif: Mənsur Rəğbətoğlu