Oxşar xəbərlər
“İsrail ictimaiyyətin bildiyindən daha geniş miqyasda Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Almaniyadakı səfiri Ron Prosor deyib.
Diplomat Kiyevə hərbi yardımla bağlı Təl-Əvivin təmkinli mövqeyini başa düşməyə çağırıb.
Prosorun sözlərinə görə, İsrail Ukraynaya pərdə arxasında və məlum olduğundan daha çox kömək edir. O qeyd edib ki, Rusiyada böyük yəhudi icması olduğu üçün İsrail təmkinli hərəkət etməyə məcburdur.
“Ruslar həm də Suriyadadır. Bildiyiniz kimi, İsrail ordusu mütəmadi olaraq İrandan Suriya və Livana silah tədarükünü dayandırır. Bunların arasında İranın pilotsuz təyyarələri və Rusiyanın Ukraynada istifadə etdiyi raketlər var”, - səfir bildirib.