28 Yanvar 2023 19:15
3 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Yerusəlim şəhərində sinaqoqa silahlı hücumdan sonra nəyin bahasına olur-olsun bölgədə zorakılıq spiralının qarşısını almağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Makron terror aktını törədənləri qınadığını deyib.

“Düşüncələrim dünən Yerusəlimdə sinaqoqa hücumun qurbanları, onların yaxınları və İsrail xalqı ilədir. Mən bu çirkin hərəkəti qətiyyətlə pisləyirəm. Zorakılıq spiralının qarşısı nəyin bahasına olur-olsun alınmalıdır”, - Fransa prezidenti bildirib.

Dünən İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub. Terror aktında 8 nəfər həlak olub, 10-u yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu