28 Yanvar 15:47
4 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi cümhuriyyət tarixinin ən çoxsaylı iştirakçı ilə Ermənistanla sərhəddə keçirilən “Qış Təlimi-2023” adlı hərbi təlimlər davam edir.

Teleqraf.com xəbər verir ki, Qarsda davam edən hərbi təlimlərə Almaniya, İtaliya, Azərbaycan, Qazaxıstan və İngiltərə də daxil olmaqla 17 ölkədən şəxsi heyət qatılıb.

Havanın temperaturunun -18-ə endiyi Qarsda 1758 nəfərlik şəxsi heyətin iştirakı ilə keçirilən təlimə 43 müxtəlif tipli 651 nəqliyyat vasitəsi, 23 müxtəlif tipli və 865 müxtəlif çaplı artilleriya cəlb olunub.

Təlim bölgəsinə aparılan jurnalistlərə komanda mərkəzi göstərildikdən sonra Bosniya-Herseqovina, Qazaxıstan, Kosovo, Özbəkistan və Azərbaycandan olan komandirlərin iştirak etdiyi məşqlər haqda məlumat verilib.

Korpusun əsas komandanlıq məntəqəsində soyuq iqlimdə qar kamuflyajı və hava hücumundan müdafiə erkən xəbərdarlıq və komanda idarəetmə sistemləri barədə məlumat verilərkən, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin artilleriya bölmələri tankların saxlanması və təmizlənməsi ilə hazırlıqlarını yekunlaşdırıb.

Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin müxtəlif ölkələrdən gələn hərbçilərə minaatan sistem üzrə təlimat verdiyi təlimdə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının şəxsi heyəti Gürcüstan, Kosovo, Qazaxıstan və Özbəkistanla 30 yanvar-2 fevral tarixlərində müşahidəçi gününə hazırlaşır.

Təlimdə iştirak edən helikopterlərə qulluq edən hərbi qulluqçular da hər cür şəraitə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu