Oxşar xəbərlər
Luqansk vilayətinin Novoaydar şəhərində rus hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində onlarla rusiyalı hərbçi ölüb.
Rusiya Müdafiə Nazirliyi bu insidentdə Ukrayna hərbçilərini ittiham edərək onların HIMARS raketi ilə zərbə endirdiklərini iddia edib. Məlumatına görə, hadisə zamanı 14 nəfər ölüb.