Oxşar xəbərlər
"Belarus-Ukrayna sərhədində vəziyyət gərgin olaraq qalır, bununla əlaqədar olaraq mühafizə gücləndirilmiş rejimdə həyata keçirilir".
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin (DSK) sədri Anatoli Lappo bildirib.
"Vəziyyət gərgindir, sabah nə gözləyəcəyimizi bilmirik" – deyə Lappo əlavə edib.
Onun sözlərinə görə, Ukraynadan sərhəddə 17 minə yaxın əsgər cəmləşib ki, onların arasında təkcə sərhədçilər deyil, digər hərbi birləşmələr də var.
“Sərhəddə qeyri-mütəxəssislər var, nəzərə almaq lazımdır ki, sərhədçilərin çoxlu silahı yoxdur. İnsanlar oraya fərqlənmə nişanı olmadan gedirlər”, - deyən sərhəd komitəsinin rəhbəri bildirib.