29 Yanvar 2023 00:50
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun polkovnik-leytenantı Daniel Davis yeni məqaləsində Ukrayna- Rusiya müharibəsi fonunda ABŞ-ın gedişlərini dəyərləndirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Davisin fikrincə, ABŞ və Ukrayna prezidentləri- Co Bayden və Vladimir Zelenskinin hər hansı addımı onları fəlakətə sürükləyəcək.

Onun sözlərinə görə, əgər Vaşinqton Ukrayna Silahlı Qüvvələrini (AFU) silahlandırmaq və qarşıdurmanı gücləndirmək qərarına gəlsə, bu, qaçılmaz olaraq nüvə müharibəsinə çevriləcək və intensiv şəkildə hərbi texnika tədarük etməkdən imtina etsə, bu, Zelenskini amansız vəziyyətə salacaq.

O qeyd edib ki, ABŞ yeni dünya müharibəsi yaratmadan münaqişəyə son qoymalı və qarşılıqlı məqbul şərtlərlə saziş bağlamalıdır.

"Bu, ABŞ üçün yeganə düzgün qərar olacaq"


Müəllif: Pərvin Cəfərova