30 Yanvar 2023 10:45
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin məni açıq şəkildə ölümlə hədələyib.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

Consonun bu fikirlər “Putin Qərbə qarşı” sənədli filmində yer alıb. O, Ukraynanı işğal etməmək üçün görüşdüyü Putinin onu açıq şəkildə ölümlə hədələdiyini bildirib.

Ötən il Kiyevə səfər etdikdən dərhal sonra telefonla danışdığı Rusiya lideri Putin ona “Boris, səni incitmək istəmirəm, ancaq raketlə bir dəqiqə çəkəcək” deyib.

Putinin ona zəng etdiyini qeyd edən Conson bunları deyib: “Mən ona açıq şəkildə çatdırdım ki, Ukraynaya müdaxilə dəhşətli bir fəlakət olacaq və Qərbin bənzərsiz sanksiyalarını işə salacaq. Ukrayna tezliklə NATO-ya üzv olmayacaq.

Bu fövqəladə görüşdən iki həftə sonra, fevralın 24-də Rusiya işğalı başlayanda, gecə yarısı Ukrayna prezidenti Vladimir Zelenski, zəng etdi. O, çox sakit idi. Zelenski mənə hər yerdən hücum etdiklərini bildirdi. Ukrayna liderinin təhlükəsiz yerə təxliyəsi üçün kömək təklif etdim. Zelenski təklifi qəbul etmədi. O, qəhrəmancasına olduğu yerdə qaldı”.

Sözügedən sənədli filmdə İngiltərənin o zamankı müdafiə naziri Ben Uolles də danışıb. Deyib ki, fevralın 11-də rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya gedib: “Rusiya Ukraynanı işğal etməyəcəyinə dair zəmanət verdi, lakin bu yalan idi”.

Sabiq nazir əlavə edib ki, görüşü tərk edərkən Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ona “Biz bir daha heç vaxt alçaldılmayacağıq” deyib.


Müəllif: Nemət