31 Yanvar 2023 00:38
1 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın gələcəkdə Rusiya ordusunun sayını 1.5 milyon nəfərə çatdıra bilməyəcək, çünki artıq ölkədə səfərbər edilə biləcək o qədər də çox insan qalmayıb, bir çox insan vətənini tərk edib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib.

“Putin bütün bunları (ordunu) insan resursları ilə doldurmaq niyyətindədir, bunun üçün səfərbərlik elan edildi. Bu, davamlı olaraq baş verir, müdafiə naziri ordunun 1.5 milyon nəfərə çatdırılması planlarını açıqlayır, amma yaxın gələcəkdə bunu etmək mümkün deyil”, - sabiq hökumət başçısı bildirib.

Kasyanovun sözlərinə görə, belə bir məqsədə beş-yeddi il ərzində nail olmaq olar: “Ordunun bu qədər artırılması, prinsipcə, yaxın illərdə mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu