31 Yanvar 2023 00:11
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peloponnes yarımadasının şimal-qərbindəki Andravida aviabazasının yaxınlığında dənizə düşən Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcısının pilotlarından biri ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahının rəsmi açıqlamasında bildirilir.

Məlumata görə, 29 yaşlı leytenant Marios-Mixail Turutsikas ölü halda tapılıb, təyyarə komandiri, 31 yaşlı aviasiya kapitanı Efstatios Tsitlakidisin axtarışları isə davam etdirilir.

Pilotların katapult edə biləcəyi barədə məlumat təsdiqlənməyib.

Xatırladaq ki, iki nəfərlik “F-4” qırıcısı səhər saatlarında Andravida hava limanından 25 dəniz mili cənubda dənizdə təlim uçuşu zamanı qəzaya uğrayıb. Uçuşda onu başqa bir “Phantom” müşayiət edirdi.


Müəllif: Teleqraf.com