31 Yanvar 10:31
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya qarşı müharibədə xeyli itki verən ruslar yaralılarını Luqanskın doğum evlərinə yerləşdirmək məcburiyyətində qalıblar.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son xülasəsinə görə, hazırda Luqanskda xəstəxana çatışmazlığı var.

“Düşmən ağır itki verməkdə davam edir, yaralı rus işğalçılarını yerləşdirmək üçün əlavə mülki tibb müəssisələrə ehtiyac var. Bu müəssisələr Luqansk şəhərində 3 saylı şəhər xəstəxanasının doğum evi və vilayət doğum evinin ərazisində yaradılıb”, - mesajda deyilir.

Şəhərdə yaralı rusların müalicəsi üçün iki doğum evindən istifadə edilməsi səbəbindən yalnız Luqansk Regional Perinatal Mərkəzində uşaq dünyaya gətirmək mümkündür.

“Ciddi yer çatışmazlığı və risklər var, doğuş üçün əlverişli şərait sıradan çıxıb”, - Baş Qərargah bildirir.


Müəllif: Nemət