Rusiya Ukraynada yeni hücuma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Qərb, Ukrayna hətta Rusiya mənbələri belə məlumatlar yayır.
Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatına görə, bu bəyanatlar institutun yaxın aylarda hücumun ən çox ehtimal olunan hərəkət kursu olduğuna dair qiymətləndirməsini təsdiqləyir.
ISW xüsusilə NATO-nun baş katibi Yens Stoltenberqin Alyansın Rusiyanın yeni hücumunu gözlədiyi barədə bəyanatını xatırladıb. Eləcə də Ukrayna Quru Qoşunlarının Ehtiyatlar Şurasının rəhbəri İvan Timoçkonun gözlənilən hücumun bir hissəsi kimi Donbassda Rusiya qruplaşmasının gücləndirilməsi ilə bağlı bəyanatına istinad edib.
Analitiklər həmçinin qeyd edirlər ki, rusiyalı hərbi blogerlər Kremlin gözlənilən hücum və vəd edilmiş irəliləyiş üçün əsas qüvvələrinin hələ də döyüşə girmədiyi barədə xəbərləri şişirdirlər.
“Stoltenberq və Timoçkonun bəyanatları Rusiya qüvvələrinin yaxın aylarda, ehtimal ki, Luqansk bölgəsində hücuma başlamaq üçün şərait yaratması ilə bağlı ISW-nin əvvəlki proqnozunu təsdiqləyir”, - hesabatda deyilir.