Oxşar xəbərlər
Finlandiya xarici işlər naziri Pekka Haavisto Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması ilə bağlı təxribatın Rusiya ilə əlaqəsinin olduğu iddiasını gündəmə gətirib.
Teleqraf.com xəbər verir ki, Haavisto təxribatı həyata keçirən irqçi siyasətçi Rasmus Paludanın Rusiya ilə əlaqələrinin araşdırıldığını və bununla bağlı önəmli dəlillərin olduğunu bildirib.
“Məsələn, sual yaranır ki, Rusiya, yoxsa NATO üzvlüyünü istəməyən üçüncü tərəflər ortalığı qarışdırmaq istəyirlər? Bu bağışlanmazdır”, - finlandiyalı nazir bildirib.